Özbəkistanda koronavirusa yoluxanların sayı 10 mini ötdü
Bizi izləyin

MDB

Özbəkistanda koronavirusa yoluxanların sayı 10 mini ötdü

Özbəkistanda ötən sutka ərzində daha 312 nəfərdə yeni növ koronavirus aşkarlanıb.

Publika.az Özbəkistan mətbuatına istinadla xəbər verir ki, barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 020 nəfərə çatıb.

Ötən gün koronavirusdan 159 nəfər sağalıb, sağalanların ümumi sayı 6 584 nəfər təşkil edir. Koronavirusdan ölənlərin sayı 34 nəfər səviyyəsində qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm