Ukrayna PUA-sı Başqırdıstanda: “Qazprom”un zavodunu vurdu
Bizi izləyin

MDB

Ukrayna PUA-sı Başqırdıstanda: “Qazprom”un zavodunu vurdu

Cümə axşamı günortadan sonra Başqırdıstanda "Qazprom Neftexim Salavat" zavoduna pilotsuz təyyarə hücum edib.

Publika.az xəbər verir ki, bu barədə rayon rəhbəri Radiy Xabirov özünün Telegram kanalında məlumat verib.

Hadisə yerli vaxtla saat 13:00 radələrində (Bakı vaxtı ilə 12:00) Salavat şəhərinin sənaye zonasında baş verib. Zavodun qurğularından birində tüstü yaranıb.

“Müəssisə normal rejimdə işləyir”, - deyə Xabirov qeyd edib.

Təcili yardım xidmətləri hadisə yerindədir. Xabirov daha sonra təfərrüatları açıqlayacağına söz verib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm