Putin baş nazir postuna onun namizədliyini İRƏLİ SÜRDÜ
Bizi izləyin

MDB

Putin baş nazir postuna onun namizədliyini İRƏLİ SÜRDÜ

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Mixail Mişustinin hökumət sədri vəzifəsinə namizədliyi ilə bağlı təklif təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin məlumat verib.

“Prezident Vladimir Vladimiroviç Putin Dövlət Dumasına Mixail Vladimiroviç Mişustinin hökumət sədri vəzifəsinə namizədliyi ilə bağlı təklif təqdim edib”, - o bildirib.

Volodin əlavə edib ki, mayın 10-da deputatlar bu məsələ ilə bağlı öz seçiciləri adından qərar qəbul edəcəklər. Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə namizədliyin müzakirəsi bütün fraksiyalarda baş tutacaq və saat 14:00-da (Moskva vaxtı ilə) Dövlət Dumasının plenar iclası keçiriləcək. İclasın əvvəlində Mişustin məruzə ilə çıxış edəcək. Bundan sonra deputatların sualları və siyasi fraksiyaların çıxışları dinləniləcək və sonda Hökumət sədrinin namizədliyinin təsdiqi məsələsi üzrə səsvermə keçiriləcək.

Qeyd edək ki, mayın 7-də Mixail Mişustinin rəhbərlik etdiyi Rusiya hökuməti Vladimir Putinin fərmanı ilə istefa verib. Bu, prezidentin andiçmə mərasimi ilə bağlıdır, ondan sonra qanunla hökumət istefaya gedib. Yeni tərkib təsdiq olunana qədər Nazirlər Kabineti səlahiyyətlərini icra edəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm