Özbəkistandan BÖYÜK UĞUR: Yeni status, 6200 məhsul...
Bizi izləyin

MDB

Özbəkistandan BÖYÜK UĞUR: Yeni status, 6200 məhsul...

Özbəkistan Avropa İttifaqı ilə "GSP+" güzəştli ticarət statusu alıb. Bu gündən qüvvəyə minən status ölkəyə Avropa İttifaqı dövlətlərinə vergisiz göndərilən malların siyahısını 6200-ə çatdırmaq imkanı verəcək.

Publika.az xəbər verir ki, bu haqda Özbəkistan İnvestisiya və Xarici Ticarət Nazirliyinin Daşkənddə keçirdiyi mətbuat konfransında məlumat verilib.

Mətbuat konfransında Özbəkistan Baş nazirinin müavini, İnvestisiya və xarici ticarət naziri Sardor Umurzakov bildirib ki, əvvəllər "GSP" standart sistem çərçivəsində ölkə gömrük rüsumu ödəmədən 3 min, güzəştli qiymətlərlə 3200 adda məhsul göndərə bilirdi. Özbəkistanın benefisiar dövlətlər siyahısına daxil edilməsi Avropa İttifaqı ölkələrinə ixracatın həcmini artırmağa və Avropa bazarında milli məhsulların rəqabət qabiliyyətinin güclənməsinə şərait yaradacaq. Hazırda Özbəkistanın ixrac etdiyi toxuculuq məhsullarına, geyimə, meyvə-tərəvəzə güzəştlər tətbiq olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm