Minsk aeroportuna TƏCİLİ ENİŞ: "Nexta"nın rəhbəri həbs edildi - FOTO
Bizi izləyin

MDB

Minsk aeroportuna TƏCİLİ ENİŞ: "Nexta"nın rəhbəri həbs edildi - FOTO

Afina-Vilnüs müntəzəm marşrutu üzrə hərəkər edən “Ryanair” şirkətinə məxsus təyyarə Minsk hava limanına təcili eniş edib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, təcili enişə səbəb təyyarənin göyərtəsində partlayıcı qurğunun yerləşdirilməsi barədə məlumat olub. Hava gəmisində aparılan axtarışlar nəticəsində heç bir təhlükənin olmadığı müəyyən edilib.

Həmçinin, təyyarənin sərnişinləri yoxlamadan keçirilib və onların arasında “YouTube”da və “Telegram”da fəaliyyət göstərən “Nexta” kanallarının təsisçisi, Belarusda terrorizmdə ittham olunaraq, axtarışa verilən Roman Protaseviç də olub. Redaktor dərhal həbs edilib. O, 15 ilədək azadlıqdan məhrum edilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm