6 aya islahat keçirmək mümkün deyil - Subari
Bizi izləyin

MDB

6 aya islahat keçirmək mümkün deyil - Subari

"Avropa İttifaqının Gürcüstandan tələb etdiyi islahatları altı ay ərzində həyata keçirmək mümkün deyil".

Publika.az xəbər verir ki, bu sözləri “Gürcü Arzusu”nun keçmiş üzvü Sozar Subari jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Aİ-nin Gürcüstana verdiyi 12 bəndlik islahat planı ədalətsizdir:

"Macarıstan Xarici işlər naziri birbaşa dedi ki, islahatlar baxımından öndə olan Gürcüstana deyil, 2 ölkəyə namizəd statusu veririk. Buna görə də Avropa İttifaqının tələb etdiyi 12 bəndlik plan ədalətsizdir. İkincisi isə bizə heç bir kriteryumu olmayan mətn veriblər. Buna görə də bu tələbləri hərə bir cür yozur, Qaleri deyir Mişanı azad etməlisiniz, digəri deyir başqa birini azad etməlisiniz. Onlar cəmiyyətə ciddi qarışıqlıq salmağa çalışırlar. Üçüncüsü isə, 6 ay müddətiniz var, 6 aya islahatlar aparmalısınız deyirlər və bununla da cəmiyyətə qarışıqlıq salmağa çalışırlar. İslahatları həyata keçirmək üçün 6 ay yetərli deyil. Hətta hansı islahatları aparmalı olduğumuzu da deməyiblər, çox ümumi bir mətn göndəriblər", - deyə S.Subari bildirib.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm