Qaçaqmalçılar 280 ton benzini...
Bizi izləyin

MDB

Qaçaqmalçılar 280 ton benzini...

Rusiyanın Pavlodar vilayətindən Özbəkistana nəhəng həcmdə benzinin keçirilməsinin qarşısı alınıb.

Publika.az xarici elektron portallara istinadla xəbər verir ki, Rusiyanın Maliyə monitorinqi üzrə Agentliyi bu barədə məlumat yayıb.

Pavlodar vilayətində 280 ton həcmində (təxminən 90 milyon tenqe dəyərində) benzinin olduğu 5 vaqon-sistern saxlanılıb. Qeyri-qanuni yük bəyannamədə yanacaq antidetonasiyalı qatqı kimi göstərilibmiş.

Amma araşdırma zamanı məlum olub ki, sisternlərdəki ekoloji K-4 klaslı Aİ-95 benzini imiş. Qiymətli yanacaq Özbəkistandakı sifarişçiyə çatdırılacaqdı.

Qaçaqmalçılıq faktı ilə bağlı cinayət işi başladılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm