Taşiyevdən SƏRT QƏRAR: Qırğızıstanda əxlaqsızlıq yuvaları bağlanır
Bizi izləyin

MDB

Taşiyevdən SƏRT QƏRAR: Qırğızıstanda əxlaqsızlıq yuvaları bağlanır

Qırğızıstanın baş nazirinin müavini və Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev dekabrın 1-dək ölkədə intim xidmət göstərən bütün müəssisələrin bağlanması barədə göstəriş verib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Taşiyev vətəndaşlara intim xidmət göstərən müxtəlif əyləncə müəssisələrinin, hamam komplekslərinin və əxlaqsızlıq yuvalarının təşkili sahəsində qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində dövlət orqanlarının fəaliyyətinə nəzarət edilməsinin vacibliyini qeyd edib", - deyə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

O vurğulayıb ki, bu il dekabrın 1-dək ölkədə bu cür müəssisələrin fəaliyyətinin dayandırılmasının zəruriliyi ilə bağlı müvafiq xidmətlərə göstərişlər verilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm