MDB
Belarus müttəfiqlərinə görə silaha əl atacaq - Yeni doktrina
Belarusun yeni hərbi konsepsiyası Minskə müttəfiq olan istənilən dövlətə hücumun respublikanın özünə hücum kimi qiymətləndiriləcəyini nəzərdə tutur.
Publika.az xəbər verir ki, bu barədə Belarus Baş Qərargahının informasiya və analitik idarəsinin rəisi Artyom Butorin məlumat verib.
Yanvarın 16-da respublikanın Təhlükəsizlik Şurasının iclasında yeni hərbi doktrinanın layihəsi müzakirə olunub. Rəsmi bildirib ki, sənədin yekunlaşdırılması qərara alınıb.
“Orada (hərbi doktrinada) ümumi prinsiplər və müttəfiq kimi özümüzü necə aparacağımıza dair fikirlərimiz öz əksini tapacaq. Şübhəsiz ki, hərbi konsepsiyada bizimlə müttəfiq olan istənilən dövlətə hücumun Belarus Respublikasına hücum kimi qiymətləndirilməsini nəzərdə tutan müddəa qorunacaq.
Butorinin sözlərinə görə, doktrinada Belarus və onun müttəfiqləri tərəfindən ratifikasiya olunmuş beynəlxalq müqavilələrin bütün müddəalarını, o cümlədən “beynəlxalq təşkilatlar çərçivəsində” birləşdirəcək ayrıca fəsil yaranacaq.
Bundan əlavə, sənəd respublikanın BMT və KTMT-nin himayəsi altında sülhməramlı fəaliyyətə münasibətini gücləndirəcək.
Tural
-
Magazin221:12
Məşhur türk müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək