Məşhur milyonçular Rusiya vətəndaşlığından İMTİNA ETDİLƏR - FOTO
Bizi izləyin

MDB

Məşhur milyonçular Rusiya vətəndaşlığından İMTİNA ETDİLƏR - FOTO

Bir vaxtlar “Forbes”in siyahısına daxil edilmiş ABŞ-ın “Veeam Software” və “Object First” İT şirkətlərinin təsisçiləri Andrey Baronov və Ratmir Timaşev Rusiya Federasiyası vətəndaşlığından imtina ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.

Nəşrin məlumatına görə, onlar Ukraynada müharibə başlayandan iki il ərzində Rusiya pasportlarını təhvil verən "Forbes" siyahısında indiki və ya keçmiş iştirakçılar arasından səkkizinci və doqquzuncu sahibkar olublar.

Baronov və Timaşev 2017-2021-ci illər arasında "Rusiyanın 200 ən varlı iş adamı" siyahısında yer alıblar.

Hər iki iş adamı hazırda Kipr vətəndaşıdır. Eyni zamanda, Baronov daimi olaraq İsveçrədə, Timaşev isə ABŞ-da yaşayır.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm