Belarusdan KRİTİK QƏRAR: Hərbi gücdən istifadə edərək...
Bizi izləyin

MDB

Belarusdan KRİTİK QƏRAR: Hərbi gücdən istifadə edərək...

Belarusun yeni təhlükəsizlik konsepsiyasında müttəfiqlərinə hərbi yardım göstərilib.

Publika.az xəbər verir ki, sənəd ölkənin milli hüquqi internet portalında dərc olunub.

"Belarus Respublikası İttifaq Dövlətinin üzv dövlətlərindən hər hansı birinə qarşı yönəlmiş hərbi gücdən istifadə etməklə həyata keçirilən istənilən hərəkəti bütövlükdə İttifaq dövlətinə qəsd hesab edir və sərəncamında olan bütün qüvvə və vasitələrdən istifadə etməklə müvafiq cavab tədbirləri görəcək", - sənəddə deyilir.

Qeyd edilib ki, Belarusun hərbi gücü Rusiya və Belarus qoşunlarının regional qrupunun baş komandanlığı ilə razılaşdırılaraq istifadə ediləcək.

Bundan əlavə, konsepsiya KTMT-dəki müttəfiqlərin müdafiəsi üçün, eləcə də beynəlxalq öhdəliklərini yerinə yetirmək çərçivəsində hərbi gücdən istifadəni nəzərdə tutur.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm