Rusiyada güclü zəlzələ oldu
Bizi izləyin

MDB

Rusiyada güclü zəlzələ oldu

Kuril adaları sahillərində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.

Onun sözlərinə görə, seysmik hadisə aprelin 28-də saat 10.04-də (Moskva vaxtı ilə 2.04) qeydə alınıb. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 42 kilometr şimal-şərqdə Sakit okeanda yerləşib.

Semenova qeyd edib ki, yeraltı təkanların mənbəyi 95 kilometr dərinlikdə olub.

O deyib ki, iki mindən bir qədər çox insanın yaşadığı Severo-Kurilsk şəhərinin sakinləri yer səthinin iki bal gücündə titrəyişlərini hiss ediblər.

Stansiya rəhbəri qeyd edib ki, xəsarət alan və dağıntı yoxdur, sunami xəbərdarlığı elan edilməyib.

Hüseyn İba

Oxumağa davam et
Reklam
Reklam

Gündəm