Rusiya Odessanı yenə də ballistik raketlərlə vurdu: Ən azı 14 nəfər ölüb
Bizi izləyin

MDB

Rusiya Odessanı yenə də ballistik raketlərlə vurdu: Ən azı 14 nəfər ölüb

Mayın 1-i axşam saatlarında rus ordusu yenidən ballistik raketlərlə Odessanı atəşə tutub.

Publika.az xəbər verir ki, hücumu Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Kiper təsdiqləyib. O, 14 nəfərin öldüyünü bildirib. Onun sözlərinə görə, zərbələr nəticəsində mülki infrastruktura ziyan dəyib.

Bir sıra Ukrayna KİV-ləri dəqiqləşdirir ki, əsas zərbə çeşidləmə anbarına və ekspress çatdırılma xidmətləri göstərən “Nova Poşta” şirkətinin filialına düşüb. Şirkət əməkdaşları arasında ölən və yaralananlar barədə hələlik məlumat olmadığını bildirib. Rusiya qoşunları son vaxtlar müntəzəm olaraq ballistik raketlərlə Odessaya hücum edir. Mayın 1-nə keçən gecə şəhərin mərkəzində belə bir hücum nəticəsində biri polis əməkdaşı olmaqla 3 nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Bundan əvvəl, aprelin 29-da hücum nəticəsində 5 yerli sakin həlak olmuş, 32 nəfər yaralanmışdı. Yerli hakimiyyət iddia edir ki, Rusiya ordusu yaşayış binalarını və mülki infrastrukturu hədəfə alır.

Rusiya Müdafiə Nazirliyi Odessaya endirilən zərbələri şərh etmir, lakin təkid edir ki, ümumiyyətlə, qondarma “xüsusi hərbi əməliyyat” zamanı yalnız hərbi hədəflərə hücum edir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm