Ayılar Rusiyanın bu iki vilayətini istila etdi
Bizi izləyin

MDB

Ayılar Rusiyanın bu iki vilayətini istila etdi

Hazırda Rusiyanın Yakutiya və Saxalin vilayətlərində ayı istilası yaşanır.

Publika.az xəbər verir ki, bu barədə REN telekanalı məlumat yayıb. Qeyd olunur ki, ac yırtıcılar qış yuxusundan çıxdıqdan sonra yolların və məskunlaşma ərazilərinin yaxınlığında yemək axtarmağa başlayıblar. Zibilliklərdə, yaşayış binalarının yaxınlığında heyvanlara rast gəlmək olar. İturup adasında isə ayı iki balası ilə hətta qida anbarına da girib.

Bundan əlavə, Yakutiyada yerli sakinlərdən biri az qala evinin yaxınlığında gəzən qütb ayısının qurbanı olacaqmış. Kişi itlər tərəfindən xilas edilib.

REN TV bildirir ki, sürücülər ayıları yedizdirmək üçün tez-tez yolun kənarında dayanırlar. Lakin mütəxəssislər bunu etməməyi qətiyyətlə tövsiyə edir. Onların fikrincə, havanın qızması ilə meşədə kifayət qədər qida olacaq və ayılar yerli əhalini qorxutmaqdan əl çəkəcək.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm