Rusiya qoşunlarını cənub cəbhəsindən çəkdi: Hədəf bu şəhərdir
Bizi izləyin

MDB

Rusiya qoşunlarını cənub cəbhəsindən çəkdi: Hədəf bu şəhərdir

Müharibənin Öyrənilməsi İnstitutu yeni təhlil hesabatında rus hava-desant batalyonunun cənub cəbhəsindən Kursk bölgəsinə köçürülməsi ilə bağlı xəbərlərə əsaslanaraq xatırladır ki, Rusiya yenidən hücum edə biləcək şimal qrupunu qurmağa davam edir.

Publika.az xəbər verir ki, hesabata əsasən Rusiyanın hədəfi Ukraynanın şimal-şərqi, o cümlədən Xarkov şəhəridir.

Bununla belə, ISW-nin fikrincə, Rusiyanın bu istiqamətdə Xarkova hücum etməyə hələ gücü çatmır. ISW analitikləri ukraynalı hərbi müşahidəçi Konstantin Maşovets və rusiyalı hərbi bloggerə istinadən bildirirlər ki, 76-cı (Pskov) hava-desant diviziyasından bir batalyon bu yaxınlarda Zaporojye vilayətində cəbhədən Kursk vilayətinə köçürülüb. Maşovetsin hesablamalarına görə, Rusiya artıq Şimal qrupuna 50 minə yaxın əsgər toplayıb: Belqorod vilayətində 31 mindən çox, Kursk vilayətində 10 mindən çox və Bryansk vilayətində 8 mindən çox əsgər var. Maşovets iddia edir ki, rus bölmələri kamuflyaj üçün Kursk bölgəsindəki stansiyalarda boşaldılır və sonra öz gücləri ilə Xarkova yaxın olan Belqorodskayaya göndərilir.

Bir çox müşahidəçilər qeyd edirlər ki, ruslar son vaxtlar Xarkova və ümumilikdə şimal-şərq rayonlarına hücumları, eləcə də bu bölgədə hava kəşfiyyatını gücləndiriblər.

"Rusiya ordusunun Leninqrad Hərbi Dairəsinin bölmələrindən Şimal Qrupunu formalaşdırdığı və ilk növbədə Belqorod-Xarkov istiqamətində əməliyyatlar üçün hazırladığı bildirilir", - ISW-nin xülasəsində deyilir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm