Rusiyanın növbəti şərtləri Kiyev üçün daha sərt olacaq - Narışkin
Bizi izləyin

MDB

Rusiyanın növbəti şərtləri Kiyev üçün daha sərt olacaq - Narışkin

Əgər Kiyev Rusiya prezidenti Vladimir Putinin sülh təkliflərindən imtina edərsə, Moskvanın növbəti şərtləri Ukrayna hakimiyyəti üçün daha mürəkkəb və sərt olacaq.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin xəbərdarlıq edib.

O, TASS agentliyinə müsahibəsində deyib: "Sülhün əldə oluna biləcəyi və hansısa sülh sazişinin imzalanması üçün növbəti şərtlər Ukrayna üçün daha çətin və sərt olacaq".

Xatırladaq ki, Putin iyunun 14-də Ukrayna ilə sülh danışıqlarının yeni şərtlərini açıqlayıb. Xüsusilə, Kiyev Krımı, qondarma DXR, LXR, Zaporojye və Xerson vilayətlərini Rusiyanın regionları kimi tanımalı, Ukraynanın demilitarizasiyasını və denazifikasiyasını həyata keçirməli, həmçinin ölkənin bloklara qoşulmamış və nüvəsiz statusunu möhkəmləndirməlidir. Rusiyaya qarşı sanksiyalar da ləğv edilməlidir.

Kiyev Moskvanın yeni sülh təşəbbüsünü rədd etdiyini bildirib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm