Azərbaycanın yaxın dostu ağır xəstəliyə tutulub? - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

MDB

Azərbaycanın yaxın dostu ağır xəstəliyə tutulub? - RƏSMİ AÇIQLAMA

Tatarıstanın birinci prezidenti Mintimer Şaymiyevin ağır xəstəliyi ilə bağlı xəbər həqiqətə uyğun deyil.

Publika.az xəbər veririk, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl bir sıra teleqram kanalları Tatarıstan rəhbərinin respublika parlamentinə illik müraciətində iştirak etməyən 87 yaşlı Şaymiyevin “ağır xəstəliyi” haqqında yazmışdı.

"Bu, adi mövsümi virusdu. Ağır xəstəlik və xəstəxanaya yerləşdirmə xəbərləri doğru deyil", - deyə “RİA Novosti”nin mənbəsi bildirib.

Şaymiyev 2010-cu ilin martına qədər Tatarıstana rəhbərlik edib. Hazırda respublikanın dövlət müşaviri vəzifəsini tutur.

Qeyd edək ki, Şaymiyev Azərbaycanın yaxın dostu sayılır. O, Azərbaycan-Tatarıstan əlaqələrinin möhkəmlənməsi üçün böyük işlər görüb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm