Fransızlar Mbappedən üz döndərdilər: Görün populyarlığı nə qədər azalıb
Bizi izləyin

İdman

Fransızlar Mbappedən üz döndərdilər: Görün populyarlığı nə qədər azalıb

“Real Madrid”in hücumçusu Kilian Mbappenin Fransada populyarlığı xeyli azalıb.

Publika.az xəbər verir ki, Fransanın “Odoxa” araşdırma şirkətinin məlumatına görə, aprel ayından etibarən populyarlığı 12 faiz azalan futbolçuya fransızların 54%-i müsbət baxır. 58% onu mehriban (-22%), 57% – ictimaiyyətə yaxın (-19%) və 35% – təvazökar (-31%) hesab edir.

Respondentlərin 73%-i Mbappenin “Real” uğur qazana biləcəyinə inanır.

Fransızların 52%-i hesab edir ki, Mbappe Fransa millisinin kapitanı roluna uyğun deyil. 54% isə millinin baş məşqçisi Didye Deşamın başqa kapitan təyin etməsini istəyir. 58% isə Antuan Qrizmannın yeni kapitan olmasını istəyir.

Aut.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm