MDB
Hakimiyyət mətbuata səsləndi: Rusiya ilə münasibətlərə nifaq salmayın!
Rəsmi Bişkek general Panfilov adına Hərbi Şöhrət Muzeyinin binasının sökülməsi ilə bağlı Qırğızıstan hakimiyyətini rusofobiyada ittiham edən media meneceri Tina Kandelakinin bəyanatını tənqid edib.
Publika.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
“Qırğız Respublikası suveren dövlətdir. Hakimiyyət orqanlarının qəbul etdiyi qərarlar Qırğızıstan və Rusiya arasında münasibətlərdə nifaq yarada biləcək bəyanatlar qəbuledilməzdir. Bu, bizim münasibətlərimizin əsasını təşkil edir”, - Qırğızıstan prezidentinin mətbuat xidmətinin rəhbəri Dayrbek Orunbekov deyib.
Onun sözlərinə görə, muzeyin binasının sökülməsi barədə qərar texniki rəylə təsdiqlənən hərtərəfli təhlildən sonra verilib. Sənəddə yanğın izlərinin, sızmaların, çatların olması, habelə seysmik standartlara uyğun gəlməməsi qeyd olunur. Binanın sonrakı istismarı insanların təhlükəsizliyinə və həyatına təhlükə yaradıb, binanın bərpası mümkün deyil.
O, həmçinin Kandelakinin rusofobiya ilə bağlı fikirlərini də tənqid edib: “Belə məlumatların manipulyasiyası əslində ikitərəfli münasibətlərə ziddir və bizim strateji tərəfdaşlığımıza, müttəfiqliyimizə xələl gətirmək istəyən qüvvələrin mənafeyinə xidmət edir".
Adəm Abbaslı
-
İdman05:15
UEFA “Real”a sanksiya tətbiq edə bilər
-
Sağlamlıq03:35
Daha öncə koronavirusa yoluxanlar təhlükədədir: Yeni variant gəlir
-
İKT02:43
"WhatsApp"da daha bir YENİLİK
-
Sosial02:19
Bəzi parklardan attraksionlar niyə yığışdırılıb? - VİDEO
-
Qoroskop00:40
Günün qoroskopu: Sizi xoş sürprizlər gözləyir
-
Ekopublika.az00:25
Dollar ucuzlaşacaq? - İllər sonra ilk dəfə...
-
Dünya18 Sentyabr 23:27
Durovun keçmiş xanımı "Telegram"ın yarısını tələb edir: "Nikahımız rəsmi olmasa da..."
-
Dünya18 Sentyabr 22:36
Livanda rabitə cihazları yenə partladı: ölü və yaralı sayı artdı - YENİLƏNDİ