108 yaşlı veterana “səhhətin əladır” dedilər: Bundan dərhal sonra öldü
Bizi izləyin

MDB

108 yaşlı veterana “səhhətin əladır” dedilər: Bundan dərhal sonra öldü

Rusiyada 108 yaşlı müharibə veteranı Anna Nesova evində dünyasını dəyişib.

Publika.az xəbər verir ki, ölümündən bir həftə əvvəl yaşlı qadın nəfəs ala bilmədiyindən şikayət etməyə başlayıb və qohumlarına “dünya səyahətini bitirməyə” hazırlaşdığını söyləyib.

MK-nın verdiyi məlumata görə, hadisə bazar ertəsi gecə baş verib. Tibb bacısı onun xırıldadığını eşidib. Sosial işçi təcili yardım çağırıb, lakin həkimlər təqaüdçünün səhhətində aşkar problem tapmayıblar.

Hətta təzyiq “astronavt təzyiqi kimidir” deyərək gediblər. Amma onlar gedəndən sonra yaşlı qadın yuxuya gedib və bir daha oyanmayıb.

Anna Alekseyevna müharibə boyu təcili yardım qatarında tibb bacısı işləyib, arxa cəbhəyə aparılarkən yaralılar ilkin tibbi yardım göstərib.

Qələbədən sonra həkimlik fəaliyyətini davam etdirib, ailə qurub. Lakin çox tez də boşanıb və cəmi 50 yaşı olanda oğlunu itirib.

Nesova son günlərinə qədər ağıl aydınlığını qoruyub və gənclik illərini yaxşı xatırlayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm