Rusiyanın daha bir bölgəsində UKRAYNA TƏHLÜKƏSİ - Özünümüdafiə dəstələri yaradıldı
Bizi izləyin

MDB

Rusiyanın daha bir bölgəsində UKRAYNA TƏHLÜKƏSİ - Özünümüdafiə dəstələri yaradıldı

Belqorod vilayətində özünümüdafiə dəstələri yaradılıb.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə İvnyanski rayonunun administrasiyasının rəhbəri İqor Şepin məlumat verib.

Onun sözlərinə görə, dəstənin üzvləri daxili işlər idarəsinin əməkdaşları ilə birlikdə Krasnoyaruzski rayonunda təhlükəsizliyi təmin edir və ictimai asayişin qorunmasında iştirak edir.

"İnsanların özlərini sakit hiss etmələri və orada qalanlardan narahat olmamaları üçün hər cür səy göstəririk", - Şepin deyib.

Xatırladaq ki, avqustun 12-də vilayətin qubernatoru Vyaçeslav Qladkov Ukrayna Silahlı Qüvvələrinin sərhədyanı fəallığı fonunda Krasnoyaruzski rayonunun sakinlərinin təxliyəsinin başlandığını elan edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm