Rusiyada bu zavoda PUA düşdü - YANIR
Bizi izləyin

MDB

Rusiyada bu zavoda PUA düşdü - YANIR

Tambov vilayətinin Rasskazovo şəhərindəki zavodda pilotsuz təyyarənin düşməsi nəticəsində partlayış və yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Maksim Yeqorov Telegram kanalında məlumat verib .

“Bu gün səhər saat 5.20-də Rasskazovo şəhərində, ehtimal ki, pilotsuz təyyarənin düşməsi nəticəsində “Biokim” ASC-nin müəssisəsində partlayış səsi eşidilib, ardınca yanğın baş verib”, - o yazıb.

Tambov vilayətinin Rasskazovo şəhərindəki zavod etil spirti istehsal edir, saxlayır və tədarük edir. Orada 168 nəfər çalışır.

Çərşənbə axşamı, oktyabrın 22-nə keçən gecə Tula vilayətinin qubernatoru Dmitri Milyaev pilotsuz təyyarənin hücumu nəticəsində iki içki zavodunun zədələndiyini bildirib. Onun sözlərinə görə, bölgədə hava hücumundan müdafiə sistemləri işə salınıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm