Yanukoviçin oğlu Rusiya vətəndaşlığını qəbul etdi: Atası ilə bərabər qaçmışdı
Bizi izləyin

MDB

Yanukoviçin oğlu Rusiya vətəndaşlığını qəbul etdi: Atası ilə bərabər qaçmışdı

Ukraynanın dördüncü prezidenti Viktor Yanukoviçin böyük oğlu, 51 yaşlı Aleksandr Rusiya vətəndaşlığını qəbul edib.

Publika.az xəbər verir ki, "RİA Novosti" bu barədə vergi xidmətinin sənədlərinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Aleksandr Yanukoviçin Rusiyada şirkəti var və o, 2014-cü ildən Sankt-Peterburqda qeydiyyatdan keçib. Vergi xidməti 2024-cü ildə dəyişikliklər edərək, kiçik Yanukoviçin Rusiya vətəndaşlığına malik olduğunu göstərir, baxmayaraq ki, əvvəlki illərdə sənədlərdə onun Ukrayna vətəndaşı olduğu göstərilirdi.

Aleksandr Yanukoviç Viktor Yanukoviçin böyük oğludur. O, əvvəllər Ukraynada bizneslə məşğul olub. 2014-cü ildə "Forbes" jurnalı onu "atasının sərvətinin sahibi" adlandırmışdı. Kiçik Yanukoviçin sərvəti o zaman 510 milyon dollar qiymətləndirilirdi.

Aleksandr Yanukoviç 2014-cü ildə atası ölkədən qaçarkən Ukraynanı tərk edib. Ukraynada Aleksandr Yanukoviç barəsində axtarış elan edilib. ABŞ, Avropa İttifaqı və digər Qərb ölkələrinin sanksiyaları altındadır.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm