Xəzər dənizində desant kateri suya buraxıldı - FOTO
Bizi izləyin

MDB

Xəzər dənizində desant kateri suya buraxıldı - FOTO

Aktau limanında “Şapşan” sürətli nəqliyyat-desant kateri təntənəli şəkildə Xəzər dənizinə buraxılıb.

Publika.az Qazaxıstanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Manqistau vilayətinin akimatının (yerli idarəetmə orqanı – red.), Müdafiə Nazirliyinin, istehsalat müəssisəsinin, Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi, dənizçilər və silahlı qüvvələrin veteranları iştirak ediblər.

Kater dörd ekipaj üzvü üçün nəzərdə tutulub. Onun desant tutumu 20 dəniz piyadaçısı, kruiz məsafəsi 450 mil və sürəti 45 düyündür.

Təxribat əleyhinə kater dənizdə və çay mənsəblərində əməliyyatların keçirilməsi, desantın təchiz olunmamış sahilə daşınması və çıxarılması, atəş dəstəyi, tibbi təxliyə və çətin vəziyyətdə olanlara yardım üçün nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm