MDB
Çeçenistanda polislər evlərə soxuldular: Kişiləri həbs edirlər, iki şərt irəli sürürlər
Çeçenistanda Rusiya Qvardiyası və Daxili İşlər Nazirliyinin əməkdaşları qapı-qapı gəzərək, Ukraynada müharibəyə göndərmək üçün kişiləri saxlayırlar.
Publika.az xəbər verir ki, bu barədə “Memorial” hüquq müdafiə mərkəzi məlumat yayıb.
Bildirilir ki, Çeçenistan təhlükəsizlik qüvvələri oktyabrın 24-də Qroznı rayonunun Petropavlovskaya kəndində Milli Qvardiyanın karvanının atəşə tutulmasından sonra 2000-ci illərin əvvəllərindəki “təmizləmə əməliyyatları” praktikasına qayıdıb. Onlar hadisədən iki gün sonra Petropavlovskaya yaxınlığındakı bütün yaşayış məntəqələrində evləri gəzməyə başlayıblar. Təhlükəsizlik qüvvələri pasport və nəqliyyat vasitələrinin sənədlərini yoxlayıb, ev təsərrüfatlarına baxış keçirib və qeydiyyatı olmayan şəxsləri axtarıblar.
“Ən xırda qanun pozuntusu aşkar edildikdə, hərbi xidmətə yararlı şəxsləri saxlayıb polis bölmələrinə aparıblar. Bundan sonra onların telefonları müsadirə edilib, təhlükəsizlik qüvvələri Çeçenistan hakimiyyətini tənqid edənlərin Telegram kanallarına abunə olub-olmadığını yoxlayıb. Əgər onlar tapılarsa, məhbuslara seçim təklif olunur: ya cəbhəyə gedəcək, ya da barələrində cinayət işi açılacaq”, - “Memorial” yazır.
Rəsmi məlumatlara görə, oktyabrın 24-də Rusiya Qvardiyasının karvanının atəşə tutulması nəticəsində bir hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, digəri isə yaralanıb. Yerli sakinlər hüquq müdafiəçiləri ilə söhbətlərində hücumun “təmizləmə əməliyyatları” keçirmək üçün təhlükəsizlik qüvvələrinin özləri tərəfindən həyata keçirildiyini irəli sürüblər.
Tural
-
Qoroskop01:40Günün ulduz falı: sözləriniz yanlış anlaşılmaya səbəb olacaq
-
Elm və təhsil00:55Məktəblərdə payız tətili başlayır
-
Hadisə14 Noyabr 22:04Bakıda doqquzmərtəbəli binada yanğın oldu - Video
-
Dünya14 Noyabr 21:27Stokholmda avtobus dayanacağa çırpıldı: ölənlər və xəsarət alanlar var
-
Hadisə14 Noyabr 20:48Avtoşluq edib yerə pul səpənlər həbs olundu - Video
-
İdman14 Noyabr 20:36Əmisi qalmaqallı prezidenti yumurta atəşinə tutdu - VİDEO
-
Avropa14 Noyabr 20:00Atəş səsləri eşidildi və... - Paris metrosunda nə baş verir?
-
Sosial14 Noyabr 18:40Bu zəngləri cavablandıranların bank kartlarından pul oğurlanır? - DİN-dən AÇIQLAMA












.jpg)











.png)






.jpg)




