MDB
Rus ordusu daha iki məntəqəni ələ keçirdi
Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinin Lozovaya və Donetskin Krasnoye yaşayış məntəqələrini nəzarətə götürüb.
Publika.az xəbər verir ki, bu barədə bazar günü Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Qətiyyətli hərəkətlər nəticəsində qərb qoşun qrupunun bölmələri Xarkov vilayətinin Lozovaya kəndini azad edib”, - məlumatda belə deyilir.
Qeyd olunur ki, mərkəz qrupunun qoşunları Donetskin Krasnoye kəndini də nəzarətə götürüblər.
Döyüşlər zamanı hərbi bölmələr Xarkov vilayətinin Petropavlovka, Qluşkovka, Dvureçnaya, Zaqrızovo yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələrinin iki mexanikləşdirilmiş briqadasının və iki hərbi müdafiə briqadasının canlı qüvvəsini və texnikasını darmadağın edib. Məlumatda deyilir ki, Ukryananın hücum bölmələrinin 6 əks-həmləsi dəf edilib.
Cəbhənin bu hissəsində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 480-dən çox hərbçi, beş texnika və on artilleriya silahı təşkil edib.
-
Sosial18:24
Bakıda iş adamının MÜƏMMALI ÖLÜMÜ - Meyiti tapılanda qolunda şpris qalıbmış
-
Hadisə18:12
Bakıda DƏHŞƏTLİ QƏZA - Bir ailənin üç üzvü öldü
-
Nəqliyyat16:40
Bu yollarda tıxac var
-
Magazin216:10
Emrah dünya ulduzları ilə qonşu olacaq - Özünə lüks mənzil alır
-
Dünya13:30
4 nəfərin ölümünə səbəb olan helikopterin qəzadan əvvəlki son görüntüsü - VİDEO
-
İdman13:20
Taysondan qalmaqallı açıqlama: Bu, ona Milad hədiyyəsi idi
-
Hadisə12:30
“Çoban Xanış”ın oğlu vəfat etdi
-
Dünya12:10
Türkiyədə helikopter xəstəxana binasına ÇIRPILDI: 4 nəfər öldü - FOTO/VİDEO/YENİLƏNDİ