Hadisə
Bakıda DƏHŞƏTLİ QƏZA - Bir ailənin üç üzvü öldü
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şosesinin 15-ci km-də yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirirək yol kənarında yerləşən maneəyə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş üç nəfərin - 1960-cı il təvəllüdlü Əliyeva Xatun Tofiq qızı, 1964-cü il təvəllüdlü Əliyev Akif Əlisamid oğlu və 1967-ci il təvəllüdlü Əliyeva Lətafət Tofiq qızının meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
-
İqtisadi gündəm01:112026-cı ildə qızıl bazarında gözlənilməz dəyişiklik olacaq? - VİDEO
-
Sosial00:55Nailə Əkbərova vəfat etdi - FOTO
-
Magazin100:15"Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Eşq həyatınızda müsbət sürprizlər gözlənilir
-
MDB1 Yanvar 23:12Ancelina Coli ABŞ-ı tərk edir - Şayiələr yayılır ki...
-
Avropa1 Yanvar 22:36"Ağır çanta" daşıyan şəxs şahzadənin sarayına iki dəfə daxil oldu
-
Magazin21 Yanvar 21:48Məşhur teleaparıcı az qala okeanda boğulacaqdı - VİDEO
-
Sosial1 Yanvar 21:36Bu qanunlar artıq qüvvədədir - SİYAHI

















.jpg)

.jpg)

.jpg)





.jpg)








