Rusiya səfirliyinin nümayəndəsi Moldova XİN-ə çağırıldı
Bizi izləyin

MDB

Rusiya səfirliyinin nümayəndəsi Moldova XİN-ə çağırıldı

Rusiya səfirliyi Dnestryanıdakı enerji böhranı ilə bağlı mövqeyini açıqladıqdan sonra rusiyalı diplomat Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az xəbər verir ki, bu barədə Moldova XİN-in mətbuat katibi Tatyana Barak bildirib.

Onun sözlərinə görə, Rusiya diplomatik missiyasının bu cür bəyanatları Kişinyov və Moskva arasında münasibətlərə mənfi təsir göstərir.

Qeyd edək ki, Rusiya yanvarın 1-dən etibarən Ukrayna ərazisindən Avropaya qaz tranzitini dayandırdıqdan sonra Moldovanın Dnestryanı regionunda enerji böhranı yaşanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm