Nəqliyyat
Daha bir müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
91 nömrəli müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır.
Bu barədə Publika.az-a AYNA-dan bildirilib.
"Paytaxtın Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli avtobusun müvəqqəti istismarçısına xəttin nizamlı fəaliyyəti və sərnişindaşıma qaydalarına riayət olunması ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, lazımi tədbirlər görülməyib.
Ötən həftə sözügedən marşrut üzrə fəaliyyət göstərən avtobusun zədələnmiş şüşə ilə idarə olunması da sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Bütün bunlar nəzərə alınaraq, AYNA tərəfindən 91 nömrəli müntəzəm avtobus marşrutu müsabiqəyə təqdim edilib.
Keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətin göstərilməsi ilə bağlı AYNA bir daha daşıyıcılara çağırış edərək, səlahiyyətlərində olan avtobus parkının saz və müasir nəqliyyat vasitələri ilə təmin olunmasını tövsiyə edir", - qurumdan qeyd edilib.
-
ABŞ21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu













.jpg)























