Rusiyada yük qatarı relsdən çıxdı
Bizi izləyin

MDB

Rusiyada yük qatarı relsdən çıxdı

Yanvarın 12-nə keçən gecə Buryatiyanın Muiski rayonunda Anqarakan stansiyasında 22 boş yük qatarı vaqonu relsdən çıxıb.

Publika.az xəbər verir ki, bu barədə Buryatiya Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İnsident nəticəsində rels boşluğu pozulub və əlaqə şəbəkəsi zədələnib. Stansiyaya iki qəza-bərpa qatarının göndərildiyi bildirilir.

Yük qatarının relsdən çıxması ilə əlaqədar 98 saylı Kislovodsk-Tynda sərnişin qatarı gecikib. O, sərnişinlərin qida ilə təmin olunduğu Severobaykalsk stansiyasına qaytarılıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm