Sosial
Azərbaycanda qadınların pensiya yaşı ARTACAQ
Bu il Azərbaycanda qadınların pensiya yaşı yenidən qalxacaq.
Publika.az bildirir ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, azı 25 il sığorta stajı olan qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Qadınların pensiya yaşı sonuncu dəfə ötən il - 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib. 64 yaş müddəti 2025-ci il iyunun 30-da başa çatacaq.
2025-ci il iyulun 1-dən isə əmək pensiyası hüququ olan qadınların yaşı 64 il 6 aya qalxacaq.
Nəhayət gələn il - 1 iyul 2026-cı il tarixindən Azərbaycanda kişilərlə qadınların pensiya yaşı bərabərləşəcək, yəni 65 olacaq.
Xatırladaq ki, Azərbaycanda azı 25 il sığorta stajı olan kişilərin pensiya yaşı 2021-ci il iyulun 1-dən 65 edilib.
"Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
(Modern.az)
-
Hadisə00:30
Lənkəranda bazarda GÜCLÜ YANĞIN - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Gizli istedadlarınız üzə çıxacaq
-
Hadisə19 Yanvar 23:12
Qaz sızmalarının və partlayışların qarşısını necə almaq olar? - VİDEO
-
Sosial19 Yanvar 22:00
Əhaliyə ŞAD XƏBƏR: Bəzi ərzaq məhsulları UCUZLAŞACAQ - VİDEO
-
İdman19 Yanvar 21:36
“Real Madrid” liderliyə belə yüksəldi - QOLLAR/VİDEO
-
Ekologiya19 Yanvar 21:12
Buz bağlayan Maralgöldən əsrarəngiz görüntülər - VİDEO
-
Səhiyyə19 Yanvar 20:12
Azərbaycanda tanınmış həkim vəfat etdi - FOTO
-
Cənubi Qafqaz19 Yanvar 19:40
Vitali Balasanyan Bakıya məktub ünvanladı - Nələr yazıb?