ABŞ
Trampa sui-qəsdi proqnozlaşdıran falçıdan QORXUNC İDDİA: Bu tarixdə dəhşət olacaq
Trampa sui-qəsd cəhdini proqnozlaşdıran amerikalı “peyğəmbər” ABŞ-da güclü zəlzələnin olacağını iddia edir.
Publika.az xəbər verir ki, Oklahomadan olan keşiş Brandon Deyl Biqqs deyir ki, Allah ona bu yaz Amerikanın qəlbini sarsıdacaq başqa bir görüntü göstərib.
“Daily Mail”in məlumatına görə, keşiş Missuri, Arkanzas, Tennessi, Kentukki və İllinoys ştatlarından keçən Nyu Madrid qırılma xəttində 10 bal gücündə zəlzələ gördüyünü bildirib.
O, Nyu Madridi vuracaq böyük zəlzələnin "zəncirvari reaksiyaya" və "Texarkana, Texas və Oklahoma ştatlarını təsir edəcək 6,5 bal gücündə təkanlara" səbəb olacağını iddia edib.
"Bütün blok evlər tamamilə yerlə-yeksan olacaq, sadəcə çökəcəklər", - o, qorxunc proqnoz verib. Pastor iddia edib ki, Tanrı ona zəlzələnin "Qüdsü iki dövlətə bölməyə cəhd etdikdən" üç gün sonra baş verəcəyini söyləyib.
“Bu, Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsinin həlli üçün təklif olunan yanaşmadır”, - “Daily Mail” izah edir.
"Nyu Madriddə zəlzələ çox güclü olacaq və bundan sonra Missisipi çayı öz mənbəyini dəyişərək başqa istiqamətə axacaq", - deyə “keşiş peyğəmbər” bildirib.
Tural
-
İdman10 Yanvar 23:12Rəqsləri sosial mediada trend oldu - VİDEO
-
Region10 Yanvar 23:00İranda İsrail agenti saxlanılıb
-
İdman10 Yanvar 21:48Türkiyə Superkubokunun qalibi müəyyənləşdi
-
Magazin210 Yanvar 21:12Sezen Aksudan sevənlərinə ÜZÜCÜ XƏBƏR
-
Nəqliyyat10 Yanvar 20:36Metroda yeni gediş haqqı - NECƏ ÖDƏNƏCƏK?
-
MDB10 Yanvar 20:24Moskva-İrəvan reysində yanğın - VİDEO
-
Magazin110 Yanvar 19:36Qumraldan İDDİALI AÇIQLAMA: "Ona qalsa, mən də sənətkaram"
-
Region10 Yanvar 17:11Etirazçılar daha bir məscidi yandırdılar
























.jpg)













