MDB
Ukrayna kəşfiyyatının qətlə yetirdiyi sabiq deputat: İz Əmirxanyana gedib çıxdı
Moskva vilayətinin məhkəməsi Ali Radanın keçmiş deputatı İlya Kivanın qətli ilə bağlı iş adamı Arayik Əmirxanyanı həbs edib.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
"Moskva vilayətinin məhkəməsi Kivanın qətli işi kontekstində Əmirhanyan barəsində həbs qətimkan tədbiri seçib", - istintaqın gedişi ilə tanış olan agentlik mənbəsi bildirib.
Qeyd edək ki, Əmirhanyan rüşvət işi ilə bağlı artıq həbsdədir.
Yayın əvvəlində o, cərimə olunmaqla 6 il müddətinə azadlıqdan məhrum edilib.
Kivanın meyiti 2023-cü il dekabrın 6-da Moskva vilayətinin Suponevo kəndində tapılıb, qətl işi açılıb. İlkin istintaqın məlumatına görə, axşam saatlarında kottec kəndlərindən birinin parkında naməlum şəxs siyasətçiyə atəş açıb, o, yerindəcə keçinib.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) nümayəndəsi Andrey Yusov bildirmişdi ki, Kiva “SBU-nun xüsusi əməliyyatı zamanı” öldürülüb.
Tural
-
Elm və təhsil23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin123:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin122:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO































.jpg)


