MDB
100 illik tərəfdaşlıq: Zelenski nəhayət razılaşdı
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsi ilə Böyük Britaniya və Şimali İrlandiya arasında 100 illik tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə "Avropa həqiqətləri" nəşri məlumat yayıb.
Bildirilir ki, sənəd təhlükəsizlik, müdafiə, iqtisadiyyat, elm, texnologiya və mədəni əlaqələri əhatə edən ikitərəfli əməkdaşlıq üçün yeni uzunmüddətli çərçivə yaradır.
Qeyd edək ki, sentyabrın 17-də Ali Rada onun ratifikasiyasına səs verib.
Yanvarın 16-da Ukrayna və Böyük Britaniya təhlükəsizlik əlaqələrini dərinləşdirmək və gələcək nəsillər üçün tərəfdaşlıq münasibətlərini gücləndirmək məqsədilə yüzillik tarixi tərəfdaşlıq sazişi imzalayıb.
Bu müqavilə 2024-cü il yanvarın 12-də imzalanmış təhlükəsizlik müqaviləsi əsasında bağlanıb.
Yeni saziş Kiyev və London arasında təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirərək, onu on ildən yüz ilə qədər uzadıb. Sənəd təhlükəsizlik və müdafiə məsələləri, dənizçilik, iqtisadiyyat, enerji, ədliyyə (beynəlxalq ədalət də daxil olmaqla), dezinformasiyaya qarşı mübarizə və s. sahələrdə əməkdaşlığı əhatə edir.
Adəm
-
Dünya22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin122:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi



































.jpg)


