MDB
Putin onu vəzifəsindən AZAD ETDİ - FOTO
Rusiya Prezidenti Vladimir Putin administrasiya rəhbərinin müavini Dmitri Kozakı vəzifəsindən azad edib.
Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Vedomosti” Kozakın avqustun sonunda vəzifəsini tərk etmək planları barədə məlumat yayıb. Qəzetin mənbələri qeyd ediblər ki, məmur Rusiya liderinin ən yaxın müttəfiqlərindən biridir, ona görə də onun gedişi ilə bağlı qərarı şəxsən Putin verəcək.
Qəzet yazıb ki, Kozak Şimal-Qərb Federal Dairəsində prezidentin elçisi vəzifəsinə namizədlərdən biri idi.
Sentyabrın 17-də mənbələr bildiriblər ki, məmur istefa ərizəsini çərşənbə günü təqdim edib və işçiləri ilə görüşməyi planlaşdırır. Onun biznesdə iş təkliflərini nəzərdən keçirdiyi də bildirilir.
Kreml Kozakın prezident administrasiyası rəhbərinin müavini vəzifəsini öz istəyi ilə tərk etmək qərarına gəldiyini təsdiqləyib.
Hüseyn İbadlı
-
Dünya22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin122:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin120:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO
-
İdman20:24“Sabah” - “Neftçi” matçında dava düşdü - VİDEO
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi



































.jpg)


