MDB
Onlarla maskalı yenidən Moskva küçələrində: Miqrantlara basqın? - VİDEO
Onlarla maskalı şəxs yenidən Moskva küçələrinə çıxıb.
Publika.az xəbər verir ki, bu barədə “Rusiya icması”na bağlı “Obshchina NOVOSTI” “Telegram” kanalı görüntülər yayıb.
Videoda Butovoda “Rus icması” tərəfdarlarının basqını əks olunub. Kadrlarda onların polis maşınlarının sayrışan işıqları fonunda səkilər boyu cərgə ilə hərəkət etdikləri görünür.
Reydin konkret məqsədi açıqlanmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Moskva yaxınlığındakı Lyubertsıda da oxşar aksiya keçirilib. Həmin vaxt 100-dən çox adam miqrantların rəhbərlik etdiyi qeyri-rəsmi gənclər qruplaşması ilə görüşməyə çalışmışdı. Bu gənclərin zorakılıq hallarından yerli sakinlər şikayət etmişdi.
Başqa bir mənbənin məlumatına görə, sözügedən şəxslər Cənub-Qərbi Moskva Rus İcmasının patrul komandasıdır. Onlar mütəmadi olaraq paytaxt küçələrində patrulluq edir.
Onların fəaliyyətinə sərxoşluğun qarşısının alınması, yerli sakinlərlə söhbətlər aparılması, gənclərlə profilaktik işlər və gecə saatlarında azyaşlılara spirtli içki satışının qarşısının alınması daxildir.
Bir çox Butovo sakini patrulçulara təşəkkür edərək, bu cür reydlərin daha tez-tez keçirilməsini istəyib.
Adəm
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər












-332321585f0779969d9957a0ad7dcda0.jpg)









.png)














