MDB
PUA hücumu: Moskva səması qapadıldı? - YENİLƏNDİ
Moskvaya PUA hücumu ilə əlaqədar Rusiya paytaxtının səması qapadılıb.
Publika.az xəbər verir ki, yerli KİV-lərin yaydığı məlumata görə Moskva aeroportlarında "Xalça planı" elan edilib.
Ancaq Rosaviasiyanın mətbuat katibi Artem Korenyako özünün Telegram kanalında bildirib ki, Moskva hava limanları normal rejimdə işləməyə davam edir.
"Sosial şəbəkələrdəki yanlış məlumatlara cavab olaraq sizə bildirirəm: Moskva vilayətinin hava limanları - Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski - reyslər göndərir və qəbul edir", - agentliyin sözçüsü yazıb.
Qeyd edilib ki, uçuşların təhlükəsizliyini təmin etmək üçün regionda hava nəqliyyatı əməliyyatlarının monitorinqi gücləndirilib.
***
Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.
Publika.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "Telegram"da məlumat yayıb.
"Müdafiə Nazirliyinin hava hücumundan müdafiəsi Moskvaya pilotsuz təyyarələrin hücumunu dəf edir", - Sobyanin bildirib.
O, daha sonra hücumun detallarını açıqlayıb:
"Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya hücum edən 7 pilotsuz uçuş aparatını məhv edib. İlkin məlumata görə, heç bir ziyan dəyməyib".
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz























.png)














