MDB
Kəsilmiş qolunu əməliyyat otağına özü gətirdi - DƏHŞƏT
Rusiyalı hərbçi kəsilmiş qolunu əməliyyat otağına özü gətirib.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Müdafiə Nazirliyinin 3-cü ordusunun 4-cü briqadasının və “Axmat” xüsusi təyinatlılarının tibb xidmətində çalışan, çağırış adı “Ketanov” olan anestezioloq həkim məlumat verib.
Onun sözlərinə görə, yaxın zamanlarda döyüşçülərdən biri ağır yaralanma alıb və bu, çiynindən yuxarı travmatik amputasiyaya səbəb olub. Nəticədə sol əza tamamilə itirilib, sağ qolu isə yalnız yumşaq toxumalarla bədənə bağlı qalıb. Bütün bunlara baxmayaraq, hərbçi əməliyyat otağına özü daxil olub və sakit şəkildə masaya uzanaraq həkimləri öz dözümü ilə heyrətləndirib.
Həkim bildirib ki, tibbi komanda vəziyyəti sabitləşdirmək və qolu formalaşdırmaq üçün əllərindən gələni edib. O qeyd edib ki, qolu geri qaytarmaq mümkün deyil, lakin sağalma proqnozu müsbətdir: döyüşçünün başı, beyni və ayaqları zədələnməyib, bu səbəbdən protezlərlə tam həyat sürə biləcək.
“Ketanov” vurğulayıb ki, zərərçəkmişin cəsarəti ön cəbhədə ağır yaralanmalara alışmış təcrübəli həkimlərə belə güclü təsir bağışlayıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu
-
Əmlak14:532030-cu ilədək 3 milyard insanın mənzilə ehtiyacı olacaq
-
Ekologiya14:09Sabahın hava proqnozu açıqlandı















.jpg)


















.jpg)


