MDB
Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
Ermənistanda mal-qaranın nəzarətsiz ixracı səbəbindən mal əti qıtlığı yaranıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Ət və Yem İstehsalçıları Assosiasiyasının sədri Aşot Karapetyan "Sputnik Armeniya"-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, son illərdə Ermənistandan on minlərlə baş mal-qara ixrac edilib və nəticədə ətin qiyməti qaçılmaz olaraq xeyli artır. O qeyd edib ki, ölkəyə damazlıq mal-qara da idxal olunur. Lakin bu say daha az miqdarda olur. Karapetyan onu da əlavə edib ki, ət sənayesinin digər sahələri (donuz fermaları və quşçuluq fermaları) ölkədə mal əti çatışmazlığını kompensasiya etmək üçün istehsalı kifayət qədər artıra bilmir.
Ermənistan ənənəvi olaraq İrana və digər Yaxın Şərq ölkələrinə diri qoyun ixrac edir, lakin son illərdə ölkə İraqın Kürdüstan bölgəsinə də mal-qara ixrac etməyə başlayıb.
Karapetyanın sözlərinə görə, son illərdə bu həcm o qədər artıb ki, Ermənistan artıq yerli ət çatışmazlığı ilə üz-üzə qalıb. Ermənistanın ərzaq təhlükəsizliyi səbəbindən ixracı məhdudlaşdırmaq və ya kvotalamaq üçün heç bir mexanizmi də yoxdur. Əgər bunlar indi müəyyən edilməsə, Göyçə gölünün məşhur xərçəngləri ilə bağlı yaşanan arzuolunmaz hal təkrarlana bilər. Qeyd edək ki, bu nadir xərçənglər bir neçə il ərzində nəzarətsiz şəkildə ixrac edilib, ehtiyatları tükənib və gölün ekosistemi üçün problemlər yarandı. Ekspert əlavə edib ki, bu dəfə problem bir görə deyil, bütün əhaliyə təsir edə bilər: "İnsanlar əti indikindən daha yüksək qiymətə almaq məcburiyyətində qalacaqlar".
Müəllif: Tural
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi






































.jpg)
