MDB
Rostova hücum nəticəsində 6 nəfər yaralandı - Gəmilərə ziyan dəyib
Rusiyanın Rostov vilayətinə gecə saatlarında dron hücumu nəticəsində altı nəfər yaralanıb. Azov dənizində iki gəmiyə ziyan dəyib; ilkin məlumatlara görə, gəmidə ölən və ya xəsarət alan yoxdur.
Publika.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat verib.
O bildirib ki, gecə ərzində bölgədə 100-dən çox dron məhv edilib və ya ələ keçirilib. Altı yaralı şəxs tibbi yardım üçün müraciət edib.
Rostov-Donda bir neçə mənzil binası və fərdi ev müxtəlif növ ziyana məruz qalıb, Batayskda isə boş yeni binaya ziyan dəyib.
Qubernator qeyd edib ki, təcili yardım xidmətləri hadisə yerində işlərini davam etdirir. Yanğınsöndürənlər sənaye anbarlarında baş verən yanğını söndürmək üçün çalışırlar.
Yuri Slyusar, həmçinin bildirib ki, əvvəllər zərər çəkmiş dəmir yolu körpüsündə qatar xidməti tam bərpa olunub.
-
Sosial06:16Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - Video
-
ABŞ03:44İrana görə Ağ Evdə gərginlik: Tramp Vensdən narazıdır
-
Kriminal02:43Qonşular danışdı: Bıçaqlanan Gülarə iki saat qan içində köməksiz qalıb - Video
-
Qoroskop01:20Günün ulduz falı: Ailə daxilində kiçik anlaşılmazlıqlar ola bilər
-
Hadisə18 Noyabr 22:04Dəhşətli qəza: Ata, azyaşlı qızı və bacısı oğlu həlak oldu - Yeniləndi
-
ABŞ18 Noyabr 19:50Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...
-
Nəqliyyat18 Noyabr 19:10Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı
-
Rəsmi xronika18 Noyabr 15:08Prezident Latviya Prezidentini təbrik etdi



































