Ukrayna Rusiyanın daha iki Su-34 təyyarəsini vurdu: 50 milyon dollarlıq itki
Bizi izləyin

MDB

Ukrayna Rusiyanın daha iki Su-34 təyyarəsini vurdu: 50 milyon dollarlıq itki

Ukrayna Rusiyanın daha iki Su-34 təyyarəsini vurdu: 50 milyon dollarlıq itki

Ukrayna hərbçiləri Rusiyanın Volqoqrad vilayətində yerləşən Marinovka hərbi aerodromunda iki Su-34 qırıcı-bombardmançı təyyarəsini vurublar.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, hücum sahil raket kompleksi olan “Neptun” vasitəsilə həyata keçirilib. Ukrayna prezidenti Vladimir Zelenski də iki Su-34 təyyarəsinin vurulduğunu təsdiqləyib. O, həmçinin Ukrayna ordusunun Rusiyaya məxsus “İsgəndər” raket buraxılış qurğusunu da vurduğunu açıqlayıb, lakin əlavə təfərrüat verməyib.

Ukraynanın “Dosye Şpiona” mənbəsinin iddiasına görə, Marinovka aerodromuna hücum nəticəsində iki hərbçi ölüb, daha ikisi yaralanıb. Qeyd olunur ki, aerodromdan Rusiya Hərbi Hava Qüvvələrinin 11-ci qarışıq aviasiya alayı istifadə edir.

Su-34 (NATO təsnifatında Fullback) dördüncü nəsil çoxməqsədli, səsdən sürətli cəbhə qırıcı-bombardmançısıdır. Ukrayna hərbi kəşfiyyatı bu təyyarələri Rusiyanın zərbə aviasiyasının əsas komponentlərindən biri hesab edir.

Ukrayna Baş Qərargahının açıqlamasına görə, belə təyyarələrin sıradan çıxarılması Rusiyanın idarəolunan aviasiya bombaları ilə Ukraynanın cəbhəyanı ərazilərinə, mülki infrastruktura və hərbçilərin mövqelərinə zərbələr endirmək imkanlarını azaldır.

Su-34 təyyarələri 8 tona qədər döyüş yükü daşıya bilir. Belə bir təyyarənin bazar dəyəri isə təxminən 50 milyon dollar qiymətləndirilir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm