MDB
Zelenski Maskı hədəfə aldı: “Avropa və Kiyevin işinə qarışmasın”
Ukrayna prezidenti Vladimir Zelenski amerikalı milyarder İlon Maskın açıqlamalarını tənqid edərək onu Avropanın və Ukraynanın siyasi proseslərinə müdaxilə etməkdə ittiham edib.
Publika.az xəbər verir ki, Zelenski bu barədə Almaniyanın ZDF telekanalına müsahibəsində danışıb.
Ukrayna lideri vurğulayıb ki, başqa ölkənin vətəndaşı belə məsələlərə təsir göstərmək hüququna malik deyil. Onun sözlərinə görə, Maskın Avropanın necə yaşamalı olduğu və Kiyevə kimin rəhbərlik etməli olduğu barədə fikirləri müəllifinin yüksək nüfuzu və sərvəti səbəbindən ciddi təsir gücünə malikdir.
Qeyd edək ki, İlon Mask oktyabr ayında “X” sosial şəbəkəsində Vladimir Zelenskinin istefaya getməsinə çağırıb. O, bu çağırışını Ukrayna prezidentinin müharibənin başa çatmasında maraqlı olmadığı, qarşıdan gələn seçkilərdən və hakimiyyəti itirmək ehtimalından çəkindiyi barədə yayılan fikirlərə münasibət bildirərkən səsləndirib.
Müəllif: Adəm
-
Rəsmi xronika16:02Zəngilan Aqroparkı yaradıldı
-
Magazin115:40Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
























.jpg)















