Mətbəx
Xalis balı necə ayırd etmək olar? - QAYDA (VİDEO)
Video əlavə olunub.
xxx
Qışda soyuqdəymədən qorunmağın ən dadlı vasitələrindən biri də baldır. Lakin bizi çox vaxt bir problem narahat edir. Görəsən aldığım bal xalisdirmi?
Publika.az xalis balı ayırd etməyin üsullarını təqdim edir.
Balın arı şanı balı, şabalıd balı, pətək balı, şam balı, kəklikotu balı və s. növləri var. Ən keyfiyyətli bal saf və nisbətən qatı olan baldır. Bu faydalı təam qlükoza, fruktoza, dəmir, kalsium, fosfat, natrium, xlor, kalium, maqnezium kimi minerallardan ibarətdir. Ay B1, B2, B3, B5, B6 vitaminləri ilə olduqca zəngin qida qaynağıdır. Buna görə balın güclü antiseptik, antibakterial xüsusiyyəti vardır. Bu xüsusiyyəti sayəsində bir çox xəstəliklərin qarşısını alır. Bal çox güclü enerji qaynağıdır. Qida dəyəri yüksək olan bal, qan azlığından əziyyət çəkənlər üçün əla vasitədir. Bədəni və gözləri qüvvətləndirir, boğaz ağrıları və iltihablarda faydalıdır, mədə və bağırsaqlardakı yaralara xeyirlidir, əsəbləri sakitləşdirir. Bal güclü ürək döyüntüsü və yüksək təzyiqdən qoruyur. Qanı təmizləyir, qan dövranını yaxşılaşdırır, damar sərtliyinə faydalıdır. Südə qarışdırılmış bal bağırsaqdakı parazitləri məhv edir. Bal yaraların tez sağalmasına kömək edir. İlıq su ilə qarışdırır, şərbət hazırlayaraq içilsə, bir neçə dəqiqədə qana qarışaraq bədənə enerji verir. Şərbəti ilə qarqara boğazı rahatlaşdırır. Qeyd edək ki, 1 yaşına kimi uşaqlara bal verilməsi məsləhət görülmür. Bundan əlavə balın kosmetoloji faydaları da var. Təbii arı balı dərinin gözəlliyi üçün, əvəzsiz vasitədir: dərini nəmləndirir, yumşaldır və qidalandırır. Hazırda satışda baldan hazırlanmış, müxtəlif şampunlar, sabunlar, kremlər və digər kosmetoloji vasitələrə rast gəlmək olar.
Əziz oxucularımız, bal seçimində, xarlanan ballara daha çox üstünlük verməliyik. Balın yüz illərlə xarab olmadan qalmasının səbəbi xarlanmasıdır. Xarlanmış bal heç vaxt öz keyfiyyətini itirmir. Həmçinin, bu şirin qidanı alarkən, olduqca diqqətli davranmalıyıq. Mütləq etibar etdiyimiz, sınanmış mənbələri seçməliyik. Çünki çox vaxt şəkər ilə düzəldilmiş və ya qatışdırılmış bal satan hiyləgərlərə aldanıb, yanlış seçim edirik. Təqdim etdiyimiz üsullarla aldığınız balın xalis olub-olmadığını asanlıqla yoxlaya biləcəksiniz. Balı qaşıqla götürdükdən sonra qaşığı çeviririk, bal qırılmırsa, deməli heç bir qatqısı yoxdur. İkinci üsul isə balın qoxusuna görə ayırd edilməsidir. Məsələn, şam balından mütləq şam ətri gəlməlidir. Süni hazırlanmış balların qoxusu olmur.
-
Qoroskop02:19Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
ABŞ01:40ABŞ-da məsciddə atışma: ölənlər var
-
ABŞ00:45ABŞ bu gün İrana zərbə endirəcək? - Trampın son qərarı
-
Sağlamlıq18 May 22:46Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər - Diqqətli olun!
-
Sosial18 May 21:11Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək
-
Sağlamlıq18 May 20:00ÜST hantavirusa yoluxma sayının artdığını açıqladı
-
Nəqliyyat18 May 19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
-
Hadisə18 May 19:408 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Foto


































.jpg)


