Mətbəx
Evdə hazırlaya biləcəyiniz üç sərinləşdirici limonad
“Williams Et Oliver” brendinin baş aşpazı Nadejda Lyubimova evdə öz əlinizlə hazırlaya biləcəyiniz ən dadlı sərinləşdirici limon reseptlərini paylaşıb.
Publika.az oxucuları onlarla tanış edir.
Zəncəfilli laym

Tərkibi:
Qazlı su - 500 ml
Laym - 4 ədəd
Zəncəfil - 20 q
Şəkər - 60 q
Su - 20 ml
Buz
Hazırlanma üsulu:
Şəkər və suyu kiçik bir qazanda tamamilə həll olunana qədər qaynadın. Laymın suyunu sıxıb şərbətin soyumasını gözləyin.
Zəncəfil kökünün qabığını soyun və incə sürtgəcdən keçirin. Sonra suyunu süzüb şərbətə tökün.
Bir qrafinə buz atıb zəncəfil, laym suyu və siropu əlavə edin. Sonda qazlı su əlavə edin. İstəyə görə, müxtəlif sitrus meyvələrini dilimlərə kəsib limonada əlavə edə bilərsiniz.
Qreypfrut və reyhanlı limonad

Tərkibi:
Qreypfrut - 3 əd.
Reyhan - ½ dəstə
Şəkər - 70 q
Su - 20 ml
qazlı - 300 ml
Buz
Hazırlanma üsulu:
Reyhanı blenderlə püre halına salın, üzərinə şəkər və su əlavə edin. Şəkər həll olunana qədər odda şərbət kimi bişirin. Şərbətin soyumasını gözləyin.
Qreypfrutun suyu sıxın. Bir stəkana buz, reyhan siropu, qreypfrut suyu əlavə edin və qazlı su ilə doldurun.
Yaşıl çaylı limonad

Tərkibi:
Yaşıl çay - 6 q
Limon - 3 ədəd
Nanə - 1 dəstə
Alma - 1 ədəd
Su - 200 ml
Buz
Hazırlanma üsulu:
Yaşıl çayı dəmləyib suyunu süzün. Limonların şirəsini sıxın. Limon suyu, çay və nanə yarpaqlarını qarışdırın.
Almanı dilimləyin. Qrafinə buz, bir alma əlavə edin və hazır limonadı tökün.
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

















.jpg)















