Yaxın Şərq
Müharibə əmri veriləcək? - Netanyahu güc nazirlərini TƏCİLİ TOPLADI
İsrailin baş nazir Benyamin Netanyahu Qəzza sektorundan yəhudi dövlətinin cənub rayonlarına raket atəşindən sonra Qüdsdəki iqamətgahında təhlükəsizlik məsələləri üzrə təcili müşavirə keçirib.
Publika.az xəbər verir ki, bu haqda “Yedioth Ahronoth” qəzeti bildirib.
Müşavirədə güc strukturlarının başçıları, həmçinin İsrailin kəşfiyyat və atom energetikası naziri İsrael Kats iştirak edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Qəzza sektorundan İsrailə 27 raket və minaatan mərmi buraxılıb. Onların bir hissəsi “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. Raketlərdən biri uşaq bağçasının boş ərazisində partlayıb. Zərərçəkənlər haqqında məlumat hələ yoxdur.
"The Jerusalem Post" qəzetinin yazdığına görə, İsrail ordusu Qəzzada "Həması"ın mövqelərinə artıq cavab zərbələri vurub. Hərbçilər bu informasiyanı hələ təsdiq etmirlər.
Daha əvvəl -2018-ci il fevralın 18-də Fələstin radikalları Qəzza sektorundan İsrailə raket zərbələri endirmişdilər. Ötən müddət ərzində İsrail ərazisi bir neçə dəfə böyuk kalibrli pulemyotlardan atəşə tutulub.
Ömər Dağlı
-
Mistika23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”