Yaxın Şərq
Netanyahu İranı TƏHDİD ETDİ: Hücumları artırmağa hazırıq
İsrail İranın Suriyada hərbi cəhətdən möhkəmlənməsinin qarşısını almaq üçün Tehranın qonşu ərəb ölkəsindəki obyektlərinə hücumları artırmağa hazırdır.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda İsrailin baş naziri Benyamin Netanyahu yəhudi dövlətinin şimal rayonlarına səfəri zamanı bildirib.
“İsrail Dəməşqin beynəlxalq aeroportunda İranın silah anbarına zərbələr vurdu. Bu, Suriyada İranın hərbi cəhətdən möhkəmlənməsinin qarşısının alınması üzrə bizim qətiyyətimizi göstərir. Biz zəruri olduqda, belə hücumları intensivləşdirməyə hazırıq”, - baş nazir deyib.
Daha əvvəl KİV-in yazdığına görə, İsrail təyyarələri Suriya ərazisinə zərbələr endirib. İsrailin baş naziri təsdiq edib ki, son 36 saatda İsrailin Hərbi Hava Qüvvələri Suriyada İran obyektlərinə hücüm edib.
-
İdman12:40
Messi ilə bağlı unikal faktlar: Pepi qəzəbləndirib, qorxuya belə qalib gəlib - FOTOLAR
-
Dünya12:15
Əks-hücum olacaq, Həma çölündə müdafiə xətti gücləndirilir: Xəritə dəyişəcək
-
Kriminal12:15
Azərbaycanda qadından bacılarına qarşı ŞOK İDDİA: "Biri ərimlə yatdı, digəri isə..."
-
Köşə11:20
Çoban Vəfanın “qoyun sürüsü”
-
Sosial10:32
Araz Əsgərliyə yeni vəzifə verildi
-
Rəsmi xronika09:56
Prezident onları təltif etdi
-
MDB09:24
Rusiya və ABŞ rəsmiləri arasında gizli görüş: Ukrayna ilə bağlı görün nə danışıblar
-
Nəqliyyat08:34
Hazırda bu yollarda tıxac var - SİYAHI