ABŞ istəyir ki, Türkiyə bu ölkə ilə MÜHARİBƏYƏ GİRSİN - Ekspert HƏR ŞEYİ AÇDI
Bizi izləyin

Yaxın Şərq

ABŞ istəyir ki, Türkiyə bu ölkə ilə MÜHARİBƏYƏ GİRSİN - Ekspert HƏR ŞEYİ AÇDI

“Kürdlərə hücum edilməsi təqdirində Türkiyə iqtisadiyyatının ABŞ tərəfindən batırılması, kürdlərin də Türkiyəni təxribata cəlb etməməsi, 32 km-lik təhlükəsizlik bölgəsinin yaradılması ABŞ prezidentini gecə yarısı Ankara yuxusundan oyadan təhdid tərkibli ana ünsürlərdir”.

Publika.az xəbər verir ki, bu sözləri “Xəbər7” qəzetinin yazarı, siyasi ekspert Mehmet Acet qeyd edib.

ABŞ prezidenti Donald Trampın Türkiyə ilə bağlı dediyi “Suriyadakı kürdlərə hücum edilərsə, biz də Türkiyə iqtisadiyyatını vuracağıq” sözlərindən sonra iki ölkə arasında gərginliyin yenidən pik həddə çatması məsələsini qələmə alan yazar bildirib ki, Vaşinqtonda “türklərin qarşısını necə ala bilərik” sualına cavab axtarılır:
“Vaşinqtonda “türkləri necə əngəlləyə bilərik” sualının və təlaşının dirəndiyi yer bura oldu. Yəni iqtisadiyyat kartından istifadə edərək böhran çubuğu ilə Türkiyənin Fəratın şərqindəki PKK/YPG terror təşkilatlarına qarşı hərəkətə keçməsinin qarşısını almaq üçün istifadə olunan təhdid dili.

Türkiyənin qarşısını almaq üçün ikinci bir vasitə olmadığını düşündüklərindən dolayı bu qədər tez, diplomatiya dilini kənara qoyaraq sərgilədikləri dil budur. Ankara isə bu təhdidlər qarşısında üslubunu pozmadı və səbrili davrandı. Trampa hədəfimizin kürdlər deyil, terror qruplaşmaları olduğu bir daha xatırladıldı.

Lakin Trampın yazdığı tvitdə Türkiyənin təhdid etməsindən başqa tövsiyə olaraq gündəmə gətirdiyi ikinci mövzu da var: “Təhlükəsiz bölgə yaratmaq” axtarışları.

Qarşımıza qoyulan sual budur: Fəratın şərqində 32 km-lik bir təhlükəsizlik bölgəsi qurmaq fikrinin pərdəarxasında nə dayanır? Amerikalılar prezident vasitəsilə bu tələbi üzə çıxardıqlarına görə bu mövzunun qarşıdakı günlərdə ciddi şəkildə gündəmi zəbt edəcəyi ortadadır. Bəs Trampın nəzərdə tutduğu bölgə yaradılsa, necə olacaq? Daha doğrusu, ABŞ necə bir bölgə istəyir?

Öncəliklə, əvvəlki illərə müraciət edək. Təhlükəsizlik bölgəsi yeni məsələ deyil. 2016-cı ildə ABŞ Türkiyəyə bənzər bir təklif vermişdi. Lakin bu bölgənin Ankaranın deyil, ABŞ-ın qurması nəzərdə tutulmuşdu. Bu səbəbdən də təklif rədd edilmişdi. Trampın yeni təklifi də məhz bu bənzərliyi daşıyır ki, bölgə yenə də Türkiyənin nəzarətinə verilməyəcək. Daha dəqiq desək, Vaşinqton Türkiyə Silahlı Qüvvələrinin sərhədin 1 metr o tərəfinə belə keçməsini istəmir.

Pompeonun ziyarətləri...

ABŞ-ın dövlət katibi Maykl Pompeonun 8 ərəb ölkəsinə səfərindən alınan siqnallara baxsaq, Vaşinqtonun bu bölgədə istifadə etməsi üçün “ərəb sülh qüvvəsi” yaratmağa çalışdığını görərik.

Yəni Türkiyənin girməsini istədiyi (əgər mümkün olsa) yerlərə ərəb ölkələrindən qurulan birliklər yerləşdiriləcək və ABŞ məntiqinə görə, bu birliklər Türkiyə ilə YPG arasında “Təhlükəsizlik bölgəsi” yaradacaq. Ssenari təxminən belədir.

Bu, yeni bir ssenari olduğu üçün Ankaranın mövqeyi hələ ki, bəlli deyil. Lakin hər vəziyyətdə Türkiyənin bölgəyə dair planlarından vaz keçməyəcəyi məsələsi də konkretdir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm