Yaxın Şərq
Türkiyə BAŞLAYIR: ABŞ, Kanada və Avstraliyanın... - - FOTO
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Fərat çayı və Münbiç bölgələrində məskunlaşan PKK/PYD/YPG terror qruplaşmalarına qarşı təşkil etdiyi hərbi hərəkatın başlanması artıq an məsələsinə çevrilib.
Publika.az xəbər verir ki, ilk mərhələdə Münbiç, Təl Abyad və Resulyan şəhərlərinin təhlükəsiz bölgəyə çevrilməsi planlaşdırılır. Burada ilk olaraq şəxsiyyətlərin yoxlanılması aparılacaq. Daha sonra isə infrasturktur və təhlükəsizlik xidmətləri təmin ediləcək.
Türkiyə və ABŞ arasında razılaşdırılan təhlükəsiz bölgə layihəsi mərhələli şəkildə həyata keçiriləcək. “Yeni şəfəq” qəzetinə informasiya verən mənbələrə görə, qısa müddət ərzində hərəkat aktiv ediləcək.
Öncə Münbiç
İlk olaraq Münbiç, Təl Abyad və Resulyan şəhərlərinin terrorçulardan təmizlənməsi gözlənilir. Bütün hazırlıqlar PKK terror təşkilatının müqaviməti və meydanda gerçəkləşdirəcəyi sabotajlara qarşı aparılır.
İnfrastruktur Türkiyədən
Terrordan təmizlənən yaşayış yerlərində şəxsiyyətlər yoxlanıldıqdan sonra bölgə sakinləri arasından seçilənlərlə məhəllə məclisləri qurulacaq. Öncəliklə, təhsil, qida, sağlamlıq, yol və elektrik kimi əsas tələbatlar nəzərə alınacaq. Daha sonra asayişin təmin edilməsi ilə bağlı təhlükəsizlik xidmətlərinə təlimlər keçiləcək. Türkiyə şəhərlərlə yanaşı, sərhədlərin təhlükəsizliyi üçün də mühafizə birliyi quracaq.
Xarici terrorçular bölgədən çıxacaq
İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə Suriyaya daxil olan 5 min terrorçu da bu müddətdə bölgəni tərk edəcək. Eyn-əl-Ərəb və Haseki bölgələrində 4 fərqli düşərgə quran və əksəriyyəti Avropa İttifaqı ölkələri, ABŞ, Kanada və Avstraliya pasportu ilə yaşayan terrorçuların göndərilməsi Türkiyə üçün prioritet məsələdir. Bunların sayı 300-ə çatır.
PKK-ya Əsəd dəstəyi
Bəşər Əsəd rejimi Qamışlı, Dırbəsiyə, Rəsulyan, Münbiç və Hasekidəki 20 mindən çox əsgər və aşağı rütbəli zabitlərə hərbi geyim paylayıb. Dəməşq bununla Türkiyənin 30 km eni, 500 km uzunluğu olan sahədə keçirəcəyi hərəkatın qarşısını almaq üçün bölgə xalqına “nəzarət əlimizdədir” mesajını verrmək istəyir.
Əsgərlik şantajı
ABŞ-ın qüvvələrini bölgədən çəkməsi PKK terror təşkilatını təşvişə salıb və onlar Əsəd rejimi ilə görüşlərin sayını çoxaldıb. Bununla birlikdə, bölgədə yaşayanlara təzyiqlər artırılıb. Belə ki, PKK Əsəd üçün Dəməşqə 8 min terrorçu göndərmək haqda söz verib. Buna görə də 2004-cü ildə anadan olan gənclər belə məcburi şəkildə siyahıya alınır və ailələrindən qoparılaraq təşkilata üzv edilir.
Zümrüd
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO