Paytaxt uğrunda ölüm-dirim savaşının İKİNCİ MƏRHƏLƏSİ BAŞLANDI – VİDEO
Bizi izləyin

Yaxın Şərq

Paytaxt uğrunda ölüm-dirim savaşının İKİNCİ MƏRHƏLƏSİ BAŞLANDI – VİDEO

Xəlifə Xaftarın rəhbərlik etdiyi Liviya Xalq Ordusu paytaxt Tripolinin cənubunda hücumun ikinci mərhələsinə başlayıb.

Publika.az xəbər verir ki, EFE agentliyinin məlumatına görə, artilleriyanın tətbiqiylə ən aktiv döyüş hərəkətləri aprelin 22-də Liviya paytaxtının şəhərətrafında müşahidə olunur.

Agentlik qeyd edir ki, əgər Xaftar Tripolini tutmağı bacararsa, onda onun ordusu Liviya üzərində nəzarəti tamamilə ələ keçirəcək.

Hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə - Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir. Ölkənin şərq hissəsinin hakimiyyət orqanları Tripoliyə tabe olmur və Xəlifə Xaftarla əməkdaşlıq edir.

Aprelin 4-də Xaftar Tripoliyə hücumun başlandığını elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm