HƏMAS xəbərdarlıq etdi: İsrail bunu edərsə, danışıqlar başa çatacaq
Bizi izləyin

Yaxın Şərq

HƏMAS xəbərdarlıq etdi: İsrail bunu edərsə, danışıqlar başa çatacaq

HƏMAS Hərəkatının Siyasi Büro üzvü Usamə əl-Həmdan xəbərdarlıq edib ki, İsrail Qəzza zolağının Rəfah bölgəsinə qurudan hücuma keçərsə, əsir mübadiləsi danışıqları başa çatacaq.

Publika.az xəbər verir ki, Həmdan bu barədə Hizbullaha yaxınlığı ilə tanınan "Al Manar TV"yə açıqlamasında deyib.

İsrailin Qəzza zolağının cənubundakı Rəfaha qurudan hücum ediləcəyi təqdirdə davam edən əsir mübadiləsi danışıqlarının dərhal sona çatacağını bildirən Həmdan, Qəzzada müqavimət cəbhəsi (HƏMAS) atəş altında olarkən danışıqlar apara bilməyəcəklərini bildirib.

Həmdan bildirib ki, onların İsraillə danışıqlara dair təkliflərə münasibəti “mənfi”dir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm